24 Mart 2018 16:31
2 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:30

Türkiyədə mühariə, təbii fəlakət, kiber hücumlar kimi fövqəladə şəraitlərdə dövlət qurumları arasında fasiləsiz əlaqəni təmin edəcək böyük mərkəz yaradılır.

Teleqraf.com-un xəbərinə görə, Ankarada bu mərkəzin yaradılması üçün 308 min hektar ərazi ayrılıb. Bu mərkəzdə dövlət əhəmiyyətli sənəd və məlumatlar qorunub saxlanacaq.

Nüvə, kimyəvi, bioloji və elektromaqnit hücumlarına belə tab gətirə biləsək mərkəz hissədən ibarət olacaq. Bu bölmələrdən "Zona-1" adlı məxfi hissə yerin altında inşa ediləcək. "Zona-1"in xüsusi mühafizə sistemi yaradılacaq. Fövqəladə şəraqitlərdə "Zona-1" müdafiə sistemini işə salıb ətraf aləmdən təcrid olunmaqla aylarla işini davam etdirə biləcək. Burada tikilən ərzaq depoları və su anbarlarında işçilərə uzun müddət bəs edəcək ərzaq və su ehtiyatı toplanacaq.


Müəllif: Nahid