24 Mart 2018 15:28
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda FETÖ-cülər əleyhinə əməliyyat keçirilib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ üzvü olan 3 Türkiyə vətəndaşı ABŞ-dan Yunanıstana gəlmək istəsələr də, yunan polisi onların ölkəyə daxil olmasına icazə verməyib.

Xəbərə görə, onlar Eleftherios Venizelos Hava limanından geriyə - Amerkaya dönmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, FETÖ üzvləri özlərini biznesmen kimi təqdim etsələr də, istədiklərinə nail ola bilməyiblər. Yunan polisi onları sorğu-sual edərkən, bu şəxslərin Yunanıstana digər FETÖ üzvlərinin də bu ölkəyə gəlişinə yardım etmək üçün səfər etdikləri aydın olub. Bu şəxslər barədə polisə məlumatı ölkənin kəşfiyyat idarəsi verib.


Müəllif: Natiq Həziquliyev