24 Mart 2018 17:44
3 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Berlindəki səfirliyi Cem Özdəmirə dövlət nişanı təqdim edib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə erməni səfirliyinin Tvitter hesabında bildirilib. Təqdimetmə mərasimindən fotolar da Tvitterdə yerləşdirilib.

Tədbirdə Almaniya Erməni Cəmiyyətinin təmsilçisi Raffi Kantiyana isə "Şərəf" nişanı verilib.

Qeyd edək ki, Yaşıllar Partiyasının keşmiş həmsədri Cem Özdəmir 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını soyqırımı olarak tanıyan qərar layihəsinin 2 iyun 2016-ci ildə Almanya Federal Məclisində qəbul edilməsi üçün xeyli çalışmışdlı. Ancaq o zaman Almaniya hökuməti məclisdə qəbul edilən qərar layihəsinin hüquqi məsuliyyət yaratmadığını bildirmişdi.


Müəllif: Nahid