28 Mart 2018 09:15
4 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu UNO və yadplanetlilər haqqında bir çox məlumatları gizlədir.

Teleqraf.com xəbər verir ki, təkcə ufoloq-konspiroloqlar deyil, adi insanlar da yadplanetlilərlə bağlı daha çox məlumata sahibdir.

Xatırladaq ki, prezident Kennedi yadplanetlilər və UNO-lar haqqında məlumat yaymaq istədiyinə görə 1963-cü ildə öldürülüb.

Buna görə də ABŞ dövləti onlarla bağlı məlumat yaymır.

Misal üçün, bu günə qədər, məşhur "Rosşell hadisəsi" ilə yanaşı, yadplanetlilərin aparatlarının başqa qəzaları da olub. Bu hadisələr nəticəsində yadplanetlilərin və ya biorobotların cəsədləri ABŞ gizli bazalarına düşüb.

Ancaq "Rayt-Patterson"da otuz dondurulmuş UNO pilotu saxlanılır.

Bu məlumatlar bəzi insanlar üçün şokedici olsa da, bir çoxları isə biganə yanaşır, buna ya inanmır, ya da yadplanetlilər ilə insanlar arasında təmas haqqında Putin və ya Trampdan rəsmi açıqlama gözləyirlər.

Bizim planetimizin sakinlərinin əksəriyyəti hətta bununla maraqlanmır, çünki onları daha acınacaqlı problemlər düşündürür.

Bununla da bəlli olur ki, planetimizin əhalisinin çox az hissəsi yadplanetlilərlə maraqlanır. Bunlar ufoloqlar və onların Yutub izləyiciləridir.

Dünyada 4 milyard insanın internetdən istifadə etdiyini nəzərə alsaq, Yutubda paylaşılan yeni “UNO kolleksiyası”na bir neçə gündə minlərlə insanın baxması çox aşağı göstəricidir. Hətta bir milyard Yutub izləyicisi ilə müqayisədə də bu baxış dənizdə bir damcı kimidir.


Müəllif: Günay Əli