26 Aprel 2014 15:07
2 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə KİV-də Gülən camaatının lideri Fətullah Gülən tərəfindən yazılan yeni şok məktub barədə məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, Fətullah Gülən ingiliscə yazdığı məktubu vəkili Orxan Ərdəmli vasitəsilə dünya mediasına göndərib. Məktubun girişində "soyqırım" sözü yazıldığına görə, əvvəlcə məktubun 1915-ci il hadislərinə həsr edildiyi güman edilib. Ancaq mətnlə tanış olduqda söhbətin bundan getmədiyi müəyyən olub.

Əslində, Gülənin məktubunda söhbətin qondarma erməni soyqırımdan deyil, Türkiyədə həbs edilən gülənçilərdən getdiyi məlum olub. Məktubda bildirilir ki, Türkiyədə gülənçilərin əməliyyatlar keçirilərək həbs edilməsi əsl soyqırımdır.

Türkiyə mətbuatı məktubu “gülünc məktub” deyə şərh edib.


Müəllif: