4 Aprel 2018 08:42
9 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın 7 möcüzəsindən biri sayılan Xeops piramidasının insanlar tərəfindən inşa edilmədiyinə dair sübut əldə edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bəzi alim və ufoloqlar bu cür möhtəşəm bir tikilinin necə tikilməsi barədə mübahisə edirlər.

Mütəxəssislərin son zamanlar gəldiyi nəticəyə görə, Böyük Qiza piramidası insanlar deyil, yadplanetlilər tərəfindən yaradılıb.

Əfsanəvi Xeops piramidası 29.9792458 dərəcə şimal enliyindədir. İşığın sürətinin saniyədə 299792458 metr olduğunu nəzərə alsaq, bunun təsadüf olduğunu demək olmaz. Lakin ən təəccüblüsü odur ki, 1950-ci ildən əvvəl işıq şüalarının tam sürəti insanlara məlum deyildi. Belə çıxır ki, təxminən 4500 il bundan əvvəl dünyanın ilk möcüzəsi bu elmi həqiqəti bilənlər tərəfindən inşa edilib. Xeops piramidasının yeri böyük ağıl və dəqiqlik əsasında seçilib.

Bir çox tədqiqatçılar qədim zamanlarda yadplanetlilərin misirliləri ziyarət etdiyinə və piramidaları tikdiyinə əmindir.

Yadplanetliləri o dövrdə cənnətdən gələn tanrılar hesab edirdilər, onları dini rəsmlərdə və sənət əsərlərində təsvir edirdilər.

Bəzi ekspertlər isə fironların əslində Yer kürəsinin digər yarımsəhra xalqlarını idarə etmək üçün yaradılan insan hibridləri və yadplanetlilər olduğunu iddia edirlər.

Guya "Yaşıl adamlar" müasir misirlilərin əcdadları ilə öz biliklərini paylaşıblar və bizim planetdə gələcək nəsillər üçün gizli sirlər saxlayıblar.


Müəllif: Günay Əli