9 Avqust 2014 14:36
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onların arasında ağır odatanların 6 maşından ibarət ikinci partiyası da yer alacaq

Rusiyanın “Uralvaqonzavod” müəssisəsi (UVZ) yaxın günlərdə Azərbaycandan aldığı sifariş üzrə hərbi texnikanın yeni partiyasını Bakıya göndərəcək.


Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A “Solntsepyok” ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından ibarət ikinci partiyası yer alacaq.

Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk olaraq 3 ədəd İMR-3M yola salınacaq.

TOS-1A “Solntsepyok” ağır odaatanlarının atəş məsafəsi 6 min metr, bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25 min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar).


Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 “Vena”, 18 ədəd 2S19 “Msta-S” özüyeriyən haubitsası, 18 ədəd TOS-1A “Solntsepyok” ağır odaatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları sifariş verib.

/APA/


Müəllif: