9 Avqust 2014 14:52
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prezident seçkilərinə 24 saatdan az qaldığı bi vaxtda hər 3 namizəd, baş nazir Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Əkmələddin İhsanoğlu və HDP həmsədri Səlahddin Dəmirtaş seçki kampaniyası üçün yığılan bəxşişlərin miqdarını açıqladı.

Hazırda baş nazir vəzifəsini tutan Ərdoğan üçün 55 milyon 260 min 778 TL, Əkmələddin İhsanoğlu üçün 8,5 milyon TL, HDP başqanı Səlahddin Dəmirtaş üçün isə 1 milyon 213 min TL toplandığı məlum olub.

Bəxşişlərdən artıq qalan pulun gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirən prezidentliyə namizəd Ərdoğan açıqlamasında qeyd edib ki, pulun artıq qalan hissəsi büdcə hesabına keçiriləcək.

Ülviyyə


Müəllif: