11 Avqust 2014 01:12
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Hüseyn Çəlik prezident seçkilərinin nəticələrini şərh edib.

Teleqraf.com-un məlumatına görə, H.Çəlik qeyd edib ki, xalq baş nazirə Çankaya Köşkü üçün sənəd verib.

Partiyanın mətbuat xidmətinin rəhbəri yeni baş nazirin kim olacağına da aydınlıq gətirib: “Bu gün və ya sabah AKP-nin Mərkəzi Qərar və İdarə Heyətinin iclasında, bəlkə də bir neçə gün sonra baş tutacaq müşavirə və konfranslarımızda yeni baş naziri və prezidentimizi elan edəcəyik”.

O əlavə edib ki, millət, ölkə və AKP üçün ən doğru nəticə əldə olunub.

Kəmalə


Müəllif: