11 Avqust 2014 09:24
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyədə keçirilən prezident seçkisində səslıərin 38.43 faizini toplayaraq 2-ci olan müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğlu qələbəsini elan edib.

Jurnalistlər qarşısında çıxış edən İhsanoğlu az vaxt ərzində bu qədər səs toplamasının zəfər olduğunu deyib.

Vahid namizəd həmçinin bunun, 2 ay əvvəl “İhsanoğlu tanınmır, siyasətdə yenidir” – deyənlərə də gözəl cavab olduğunu vurğulayıb.

İhsanoğlu əsas rəqibi olan Rəcəb Tayyib Ərdoğanı da seçkinin qalibi olması münasibəti ilə təbrik edib.

Xatırladaq ki, ötən gün Türkiyədə keçirilən seçkidə Rəcəb Tayyib Ərdoğan bütün səslərin təxminən 52 faizini toplayaraq ölkənin 12-ci prezidenti olub. Onu müvafiq olaraq 38.43 faiz səslə Ekmeleddin İhsanoğlu və 9.7 faiz səslə Selahəddin Demirtaş təqib edir./anspress/


Müəllif: