16 Aprel 2018 09:00
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik dünyasının vəfat etmiş papası II İohan Polun sevgi məktubları yenidən gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Papanın kardinal olduğu dövrdə ABŞ-da yaşayan polyak əsilli filosof Anna Tereza Tmienecka ilə münasibətlər yaranıb. Papa bu münasibəti öldüyü günə qədər davam etdirib.

Papanın “Sevgili Terezam” müraciəti ilə başlayan məktubları Anna Tereza Tmienecka vəfat etdikdən sonra arxivini bağışlaması ilə açıqlığa çıxıb. Məktublardan açıq görünür ki, Tereza Papanı ABŞ səfəri zamanı Yeni İngiltərə adlanan məhəllədə yerləşən evinə dəvət edib. Bununla da bəlli olub ki, 2005-ci ildə vəfat edən II İohan Pol 30 il boyunca evli bir xanımla yazışmalar həyata keçirib. Söhbət yüzlərlə məktub və fotoların ortaya çıxmasından gedir.

Məktublara əsasən, Papa II İohan Pol ilə filosof Anna Tereza Tmienecka arasında münasibətlərin 1973-cü ildən başlandığı aydın olur. Hazırda sözügedən məktublar Polşanın Milli Kitabxanasında saxlanılır. Xanım Tereza bu məktubları ölümündən əvvəl, 2008-ci ildə kitabxanaya bağışlayıb.

Ehtimal edilir ki, bu iki şəxs arasında münasibətlərin yaranmasının özəl tarixçəsi var.

1973-cü ildə 50 yaşlı Tereza o dövrdə Krakovun baş yepiskopu olan Kardinal Pol ilə görüşmək üçün Polşaya gəldiyi və görüşdən sonra onların məktublaşmağa başladığına işarə edir.

Tərəflər arasında ilk məktublar rəsmi şəkildə yazılır, sonrakı məktublarda isə səmimi ifadələr özünü göstərir.

Filosof xanım və kardinalın birgə üzərində işlədiyi kitab səbəbindən də tez-tez bir araya gəldikləri aydınlığa yol açır. Bu görüşlərin bir qismində kardinalın köməkçisi iştirak edib, əksər görüşlər isə iki nəfərin arasında baş tutub.

Kardinal 1974-cü ildə Anna Tereza Tmieneckaya göndərdiyi məktubda yazıb ki, ondan gələn məktubları dəfələrlə oxuyur.

Sonradan bəlli olur ki, xanım Tereza 1976-cı ildə ABŞ-da keçirilən katolik konfransına qatılmaq üçün bura gələn kardinalı Yeni İngiltərə adlanan ərazidəki evinə gecələmək üçün dəvət edib.

1976-cı ilin sentyabrında Kardinal Anna Terezaya göndərdiyi məktubda “Sevgili Terezam səndən üç məktub aldım. Qəlbinin param-parça olduğunu qeyd edirsən. Amma bu sözlərinə qarşılıq verə bilmirəm”, - yazır.

Məktublarında Tereza haqqında “Allahın ərməğanı” ifadəsini işlədən Kardinalın hətta Anna Terezaya boyunbağı hədiyyə etdiyi ortaya çıxır.

Krakov Kardinal katolik dünyasının Papası olduqdan sonra ABŞ-a yazdığı məktubunda “Bir-birimizə məktub yazmaqda davam etməliyik. Həyat yolunun bu mərhələsində heç bir şeyi unutmayacağıma söz verirəm” ifadəsini işlədib.

Yazışmalar üzrə mütəxəssis Marşa Malinovski hələ 2016-cı ildə BBC-yə açıqlaması zamanı deyib ki, Anna Terezanın tanışlıqdan sonra Kardinala aşiq ola biləcəyinə inanır:

“Teraezanın sevgisi məktublarında aydın ifadə olunur”.

Qeyd edək ki, arxivdən məktub yazışmaları ilə yanaşı, bu iki şəxsin birgə çəkdirdiyi fotoları da tapılıb. Fotolardan biri Papa seçildikdən sonra Terezanın Vatikan ziyarəti sırasında lentə alınıb.


Müəllif: Cavad