15 Aprel 2018 23:55
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya arxeoloqları Gürcüstanın Abxaziya bölgəsində yerləşən və dünyanın ən dərin mağarası hesab olunan Kruber-Voronya mağarasına enə biliblər.

Teleqraf.com xəbər verir ki, Kruber-Voronya mağarasının dərinliyi 2190 metr hesab olunsa da, rus arxeoloqları dərinliyin 2212 metr olduğunu müəyyən ediblər.

İndiyə qədər ABŞ və Avropa arxeoloqları bu mağaraya enməyə çalışsalar da, buna ancaq ruslar müyəssər ola bilib. Rus arxeoloqlar mağaranın dibinə çatdıqdan sonra fotolar çəkib və araşdırmalar aparıb.

Ruslar mağaraya 27 gün ərzində enməli olsa da, bunu 1 həftəyə edə biliblər. Arxeoloqlar mağaranın uzunluğunun 13432 metr olduğunu üzə çıxarıb.


Müəllif: Cavad