15 Aprel 2018 23:00
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Suriya və İraqdakı böhranın həlli üçün Ərəb Birliyinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti 29-cu Ərəb Birliyi Zirvəsindən öncə yaydığı müraciətində bildirib ki, Kreml Suriya, İraq, Liviya və Yəməndə silahı münaqişələrin həlli üçün kömək etməyə hazırdır.

Ərəb dövlətlərinin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bildirən Putin qeyd edib ki, terrorçu qruplarla mübarizə zəruridir:

“Orta Şərqdə vəziyyətin normallaşması Fələstin probleminin həlli olmadan mümkün görünmür. Rusiyanın mövqeyi dəyişməzdir”.


Müəllif: Teleqraf.com