16 Aprel 2018 16:18
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Almaniya və Fransa liderlərinə qəzəblənib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Vaşinqton Post” nəşri məlumat yayıb.

Bildirilib ki, Trampın qəzəbinə səbəb Berlin və Parisin çox az sayda rus diplomatı ölkədən çıxarması olub.

Məlumatlara görə, ABŞ Prezidenti Administrasiyası bütün Avropa ölkələrinin eyni sayda diplomatı ölkədən çıxarması məsələsini Trampa başa sala bilməyib.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.

Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb.


Müəllif: Samir