16 Aprel 2018 20:13
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Karolina ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində yeddi məhbus həlak olub, on yeddi məhbus yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə cəzaçəkmə müəssisəsinin nümayəndəsi Cef Teylon açıqlama verib.

Məlumata görə, insident Bişopvil şəhərinin ciddi rejimli “Lee Correctional Institute” həbsxanasında baş verib.

Kütləvi dava bazar günü axşam saatlarında başlayıb. Hüquq mühafizə orqanları əməkdaşları iğtişaşlara yalnız bazar ertəsi səhər saatlarında son qoya bilib.

Cəzaçəkmə müəssisəsinin əməkdaşlarından heç kimin xəsarət almadığı deyilir.

Qeyd edək ki, iğtişaşların yaşandığı “Lee Correctional Institute” həbsxanasında ağır cinayətlər törətmiş 1500-ə yaxın məhbus cəza çəkir. (oxu.az)


Müəllif: Teleqraf.com