17 Aprel 08:46

Milli UFO Hesabat Mərkəzinin (NUFORC) saytına yadplanetlilərin onu oğurlamalarını iddia edən məktub göndərilib.

Teleqraf.com xəbər verir ki, həmən məktubda hadisənin Arkanzas ştatının North Little Rock şəhərində 2004-cü il 26 dekabrda baş verdiyi bildirilib.

Məktubun mətnini təqdim edirik:

“Pəncərənin yanında dayanıb səmaya baxırdım. Birdən evim çox parlaq işıqlandı. Mənə elə gəldi ki, yuxu görürəm. Yuxarı baxanda böyük 2, 3 ya 4 parlaq qırmızı, ağ işıqlı projektorları olan yekə gəmi gördüm. Gəmi evə elə yaxın idi ki, sanki əlimi uzatsam, çatacaqdı.

Arxa bağçaya baxanda boş sahədə iki avtomobil gördüm. Mənə yaxınlaşan kabriolet idi. Sükan arxasında tünd, buruq saçlı qadın oturmuşdu. Və orada daha bir adam görünürdü, o, nə isə içirdi.

Bütün bunlar çox aydın görünürdü.

Onların gəmisi boz ”silah” rəngli metaldan idi.

Sonra məni sanki nəsə yellədi və öz yatağımda oyandım.

Mən oyananda saat 05:26 idi. O qədər yorğun idim ki, yatağımda tamamilə gücsüz halda uzanmışdım. Elə bil heç yatmamışdım.

İşə getməliydim. Amma dəhşətli yorğunluqdan heç nə etmək istəmirdim.

Pəncərəmdə pərdə var idi, onlarsa yox olmuşdu.

Düşündüm ki, bəlkə də məni yadplanetlilər oğurlayıbmış.

İnternetdən bununla bağlı araşdırma apardım, ancaq dəqiq belə bir əhvalat tapa bilmədim.

Axşam bütün bunlar haqqında ancaq ən yaxın dostuma danışdım. O, dəli olduğumu düşünmədən mənə inandı.

Bu qədər illər keçməsinə baxmayaraq, mən hələ də hər şeyi dəqiqliyi ilə xatırlayıram. Ancaq gəmidə olanları heç xatırlamıram.

Əvvəllər özümü heç də qəribə hiss etmirdim.

Sonra mənə elə gəldi ki, axşamlar məndə nəsə qəribə hallar baş verir.

Hər gecə eyni saatda oyanırdım. İndi Arxangel Mixailin təsvirini üstümdə gəzdirir və hər gün ona dua edirəm. Onun mənə kömək etdiyinə inanıram.

Bəlkə də mən çox filmlərə baxmışam...

Bu haqda çox düşündüm və yazmaq qərarına gəldim.

Bəlkə beynimdə xatırlamadığım nələrsə qalıb, ona görə hipnoz seanslarına yazılım?

Onu da qeyd edim ki, heç bir dərman, narkotik, içki qəbul etmirəm”.


Müəllif: Günay Əli
Загрузка...