17 Aprel 2018 13:02
4 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan ölkədə məxməri inqilabın başladığını elan edib. O, tərəfdarlarına bütün ölkə üzrə, müxtəlif şəhər və qəsəbələrdə aksiyaya başlamaq üçün çağırış edib.

***

Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib. Şəhərin bütün mərkəzi küçələrinin iki sıra tikanlı məftillərlə bağlanıb.

Həmçinin, Baqramyan prospektinə çıxan əsas yollarda təzyiqli su maşınları, o cümlədən 50-60 avtobusla polislər gətirilib. Qeyd edək ki, Baqramyan prospektində parlament və prezident administrasiyasının binaları yerləşir.

Ekspertlər hesab edir ki, İrəvanda 2008-ci ilin ssenarisi təkrarlana bilər. Həmin ilin martında hakimiyyətə gələn Sarkisyan ona qarşı etiraz aksiyası keçirən vətəndaşlara atəş əmri vermiş, onlarla insan ölmüşdü./Publika//

***

10:06

İrəvan polisinin rəis müavini Valeri Osipyan bu səhər Nikol Paşinyana İrəvanda keçirilən kütləvi aksiyaların dayandırılması barədə polisin qərarını təqdim edib.

O, bu barədə qərarın aprelin 16-da verildiyini açıqlayıb. Paşinyan isə ona təqdim edilən qərarı hər kəsin gözü qarşısında cıraraq yerə atıb.

Paşinyan tərəfdarlarına polisin əlinə keçməmək üçün necə etmək barədə təlim də verib. O, tərəfdarlarını kütləvi tətillərə başlamağa səsləyib:

“Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayıb. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.

Qeyd edək ki, İrəvanda artıq 5-ci gündür etiraz aksiyaları keçirilir. Aksiyada iştirak edənlər Serj Sərkisyanın baş nazir seçilməsinin əleyhinə çıxış edirlər. Etiraz aksiyalarına Yelk Blokundan olan deputat Nikol Paşinyan rəhbərlik edir.

İrəvanda baş tutan aksiyalarda artıq polislə də toqquşmalar qeydə alınıb. Nəticədə onlarla adam yaralanıb. Yaralananlar arasında Paşinyan da yer alıb.

Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir.

Paşinyan dünən etirazçıların parlament binasını mühasirəyə alacaqlarını da bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.

Artıq Abovyan, Koryun, Teryan küçələri etirazçılar tərəfindən bloklanıb.

***

İrəvandakı aksiyalarda 30 nəfər aktivist saxlanılıb.

Bunu jurnalistlərə açıqlamasında erməni deputat Nikol Paşinyan deyib../Axar.az/


Müəllif: Teleqraf.com