18 Aprel 2018 09:00
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən sorğunun nəticələrinə görə, almanların 58 faizi Rusiya ilə yaxınlaşmasının tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Die Velt” nəşri məlumat yayıb.

Nəşr Rusiya Prezidenti Vladimir Putinin almanlar arasında şöhrət qazanmasının 10 səbəbini araşdırıb:

1. Putinin siyasətinin Görhard Şröyder, Mattias Platsek və bu kimi ekspertlər tərəfindən daim əsaslandırılması səbəbindən insanların mövqeyində dəyişikliklər baş verir.

2. Qərb həqiqəti mərkəzdə axtarır. Moskva da bunu gözəl bilir və elə informasiya yayır ki, guya onların mövqeyi Moskvanınkı ilə yaxındır.

3. Putini tənqid edənlər nifrət, böhtan və təhdidlərlə qarşılaşır. Bu o deməkdir ki, onun rəqibləri daha çox ehtiyatlı olmağa çalışırlar. Ancaq onun tərəfdarları isə cazibədar iş təklifləri və yüksək vəzifələrlə mükafatlandırılır.

4. Almaniyada anti-Amerika mövqeyi Putinə qarşı simpatiyanı artırır.

5. Ölkədə sollar Putinin sovet ideologiyası ilə hərəkət etdiyini bildirərək, onu özünkü hesab edir.

6. Putin və onun oliqarxları Qərbdə bir sıra siyasi, iqtisadi və tibb sahələrini ələ almağı bacarıb.

7. Bir çoxları hesab edir ki, Rusiya Almaniyanın vacib ticarət tərəfdaşlarından biridir. Ancaq Rusiya ilə ticarətin həcmi Çexiya və Polşa ilə Almaniya arasındakı ticarətin həcmi ilə eynidir.

8. Almaniyada Rusiya tərəfdarları Qərbi düşmən elan edib və onlar düşünür ki, Rusiyaya getməklə daha çox müstəqil olacaqlar.

9. Putinin avtoritar idarəetməsinə heyranlıq almanların rus liderə sevgisinin artmasına səbəb olan amillərdəndir.

10. Bir çox vətəndaşlar Almaniyadakı idarəetmə üsulundan narahatdır. Onlar fikirləşir ki, Putinin Rusiyada tətbiq etdiyi idarəetmə üsulu qüsursuzdur.


Müəllif: Samir İsayev