18 Aprel 2018 10:23
5 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk kəşfiyyatçılar İngiltərə baş nazirindən belə intiqam aldı...

Türk kəşfiyyatı İngiltərə baş naziri Uinston Çörçildən Osmanlını dağıtdığı, yüz minlərlə türkü məhv etdiyi üçün intiqam alıb.

Teleqraf.com bu maraqlı hadisənin tarixçəsini təqdim edir.

İngiltərədə II Dünya müharibəsi zamanı baş nazir olan Çörçil demək olar ki, ömrünü türklərlə mübarizəyə xərcləyib, hətta müharibə zamanı “türklərə qarşı zəhərli qaz istifadə edilməsi” kimi dəhşətli təklif də irəli sürüb.

Çörçil 1965-ci ildə vəfat edəndə nə Osmanlı İmperiyası, nə də 3 qitədə torpaqları qalmışdı. Çünki Çörçil zamanında yeni dünya düzəninin sərhədlərini cızmış və beləcə Osmanlını yer üzündən silə bilmişdi.

Ancaq türk dövləti Osmanlını dağıdan, dünyanı Osmanlıya qarşı birləşdirən düşmənlərinin kimlər olduğunu gözəl bilirdi. Bu mənada Osmanlını yıxdığı üçün Çörçildən hesab soracaq türklərin olması təbii idi. Məhz bu dövrlərdə bir qrup türk kəşfiyyatçısı Osmanlını yıxanlardan intiqam alacağına and içmişdi.

Müharibədən sağ çıxmağı bacaran türk kəşfiyyatçısı ABŞ-da xidmətə yollanmışdı. İntiqam almaq niyyətində olan türk kəşfiyyatçılar ABŞ-da xidmətə göndərilən kəşfiyyatçı ilə əlaqə qurdular. Türkiyə o dövrdə ABŞ-da xüsusi gücə və imkanlara malik deyildi. Bu səbəbdən də Qərb kəşfiyyatının türk kəşfiyyatçılardan şübhələnmə ehtimalı yox idi. Çörçildən intiqam almaq məqsədilə türk kəşfiyyatçı dərhal ABŞ-da taksi sürücüsü kimi işə başladı.

1931-ci ilin 14 dekabrında “İngilis dilində danışan xalqların taleyi” mövzusunda seminarda iştirak etmək üçün Çörçil də Nyu Yorka səfər etdi. Türk kəşfiyyatçılar baş nazirin səfər proqramı, otelə giriş-çıxış saatlarını əldə edərək Çörçildən intiqam alacaq MİT əməkdaşına verirlər. Çörçil qaldığı oteldən çıxarkən taksinin sahibi taksidəki qəhrəman türk kəşfiyyatçısına Çörçili nişan verdi. Qəhrəman türk kəşfiyyatçısı dərhal taksinin əyləcini basdı. Çörçil dünyanın ən məşhur bulvarlarından olan Beşinci prospektin 76 və 77-ci küçəsini keçərkən taksi sürətlə türk düşmənini vurur. Bir anda ortalıq qarışır, Mİ6 agentləri şoka düşür. Çörçil təcili Lenoks Hill Xəstəxanasına aparılır. Bəlli olur ki, baş nazirin sümükləri qırılıb. Türk kəşfiyyatçılar isə Çörçilin öldüyünü düşünərək bayram edirlər. Ancaq az sonra Osmanlını çökdürən Çörçilin komaya düşdüyü və ölmədiyi haqda xəbərlər ortaya çıxır. Çörçil bir müddət xəstəxanada müalicə alır, daha sonra London xəstəxanasına aparılır. Londonda Çörçil 3 ay müalicə almalı olur. Bununla belə qəzanın nəticəsini daima bədənində hiss edəcəkdi. Qəzanın izlərini Osmanlını dağıtdığına görə, daima bədənində daşımalı olacaqdı.

Hadisədən dərhal sonra taksi sürücüsü Mario Kontasino saxlanıldı və onun ifadəsi alındı. Taksi sürücüsü Çörçili gömədiyini dedi. Gerçəkdə isə sürücü Edvard idi, onun Osmanlı torpaqlarında doğulan türk olduğu sonralar meydana çıxacaqdı. Bir müddətdən sonra qəhrəman türk kəşfiyyatçısı sərbəst buraxıldı, ancaq ondan heç vaxt informasiya alınmadı.

İngilis kəşfiyyatı isə bu hadisənin izinə düşərək baş verənlərin sui-qəsd olduğunu və Çörçildən intiqam almaq məqsədilə həyata keçirildiyini müəyyən etdi. Hadisə detallarına qədər Çörçilə məruzə olundu. Bu kəşfiyyatı Çörçilin özü 1940-ci ildə qurmuşdu.

Qabırğaları sınan Çörçil özü isə bu hadisə haqqında “İngiltərədəki nəqliyyat axını ilə Amerkadakı nəqliyyat axını çox fərqlidir. Mənim günahım üzündən hadisə baş verdi”, - deyə baş verənləri ört-basdır etməyə üstünlük verdi...


Müəllif: Cavad