17 Aprel 2018 17:45
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı Conatan Li Riçes Yer kürəsində məhkəməyə ən çox şikayət edən şəxs adı qazanıb. O, 2006-2009-cu illər ərzində 2600 ərizə ilə məhkəməyə müraciət edib.

Conatan elektron əlaqələr vasitəsilə dələduzluq etdiyinə görə həbs olunub. Həbsxanada olduğu müddətcə ondan şikayət edən hər kəs barədə təkrar məhkəməyə müraciət edib. Yekunda Riçes 5 dollar təzminat ödəyərək, azadlığa çıxıb.

Kentukki sakini Riçart Overton yerli pivə reklamlarından birinə inanıb. Reklamda bu pivənin insanı xoşbəxt edəcəyi deyilirdi. Nə qədər içsə də Riçard xoşbəxt olmayıb. O, dərhal məhkəməyə müraciət edib və təzminat alıb.

Növbəti belə olan Şimali Korolinada baş verib. Yerli vəkillərdən biri nadir tapılan siqarlardan birini alır və onları yanğından mühafizə üçün sığortalayır. Siqarları çəkdikdən sonra isə məhkəməyə müraciət edərək, 24 ədəd siqarın kiçik yanğın zamanı məhv olduğunu bildirir.

Məhkəmə vəkilin vəsatətini təmin edir və sığorta şirkəti lazım olan pulu ona ödəməli olur. Ancaq daha sonra sığorta şirkəti növbəti dəfə məhkəməyə müraciət edərək, dələdzluğun üstünü açır və vəkil həbs edilir.

Nekiy Allen Hekard əfsanəvi basketbolçu Maykl Cordana çox bənzəyir. Ancaq Hekard bununla fəxr etmir. Hətta o, 2006-cı ildə Cordanı məhkəməyə verib. Şikayəti zamanı o, ətrafdakıların onu Cordana oxşatdığından təngə gəldiyini bildirib və basketbolçudan 832 milyon dollar tələb edib. Onun şikayəti təmin olunmayıb.

Dalton Çiskolm ABŞ-ın böyük banklarından biri olan “Bank of Amerika”da ona qulluqdan narazı qalıb. O buna görə bankdan 1,784 trilyon dollar təzminat istəyib.

Şikayətə səbəb kimi Çiskolmun növbədə gözləməsi olub. Ancaq onun şikayəti təmin edilməyib.

Nyu Cersi ştatında bir ailə 3 yaşlı övladlarını yerli zooparklardan birinə aparmaq qərarına gəlir.

Heyvanxanadan çıxanda zoopark əməkdaşları azyaşlıya suvenir qəpik verir. Azyaşlı həmin qəpiyi udub xəstəxanaya düşür. Valideynlər zooparkı məhkəməyə verir və təzminat alır.

Texas sakini Ketlin Robertson övladı ilə birlikdə ştatdakı mebel mağazalarından birinə gəlib. Mağazada gəzişən zaman o, bilmədən az qala övladına xəsarət yetirəcəkdi. Yerə yıxılan qadın burnunu sındırır və mağazanı məhkəməyə verir. Məhkəmə onun şikayətini təmin edir, zərərçəkmişə 80 min dollar təzminat ödənilməsi ilə bağlı qərar qəbul edir.


Müəllif: Samir İsayev