17 Aprel 2018 23:58
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada sifarişli qətldə ittiham olunan Telman İsmayılov Monteneqroda gizlənə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Prestupnaya Rossiya” nəşrinə məlumatlı mənbə açıqlama verib.

Mənbənin sözlərinə görə, qaçaq biznesmen həmin ölkənin hakim dairələri ilə Rusiyaya ekstradisiya edilməməsinə dair razılığa gəlib.

Xatırladaq ki, ötən il İsmayılovlar ailəsi Türkiyənin Antalya şəhərində, “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə qalırdı.

Ancaq İsmayılovlar Rusiyaya ekstradisiya olunacaqlarından ehtiyat etdiklərindən bir müddət sonra Türkiyəni tərk ediblər.


Müəllif: Teleqraf.com