18 Aprel 2018 00:25
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı hərbçilər Suriyanın Duma bölgəsində kimyəvi silah istehsalında istifadə edilən terrorçulara məxsus anbarı aşkara çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Zvezda” televiziyası məlumat yayıb.

“Sulfat və azot qazı əldə etmək üçün istifadə edilən tiyodiqlikol, dietanolamin kimi maddələr ələ keçirildi. Eyni zamanda içi xlorla dolu bidon aşkarlanıb”, - deyə bildirilib.

Sözügedən təsisat binalardan birinin zirzəmisində tapılıb.


Müəllif: Teleqraf.com