18 Aprel 2018 14:02
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Suriyaya edilən hücuma və sanksiyalara baxmayaraq, amerikalı həmkarı Donald Trampa daha bir şans vermək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Blumberq” agentliyi Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb.

Putin çalışacaq ki, Tramp seçkidən öncə verdiyi Rusiya ilə əlaqələri yaxşılaşdırmaq vədini yerinə yetirsin:

“Putin əmr edib ki, məmurlar anti-Amerika ritorikasından çəkinsinlər. Putinin qərarı Dövlət Dumasında hazırlanan ABŞ şirkətlərinə qarşı tədbirlər planının təxirə salınmasına səbəb olub”.

Mənbənin sözlərinə görə, Putin bir sıra güzəştlərə getməyə hazırdır:

“Ancaq bu o demək deyil ki, Putin məğlub olub. O, başa düşür ki, Rusiya iqtisadi cəhətdən Qərblə rəqabət apara bilməz. ABŞ tərəfinin təzyiqlərinə baxmayaraq, Kreml eskalasiyadan qaçır”.


Müəllif: Samir