18 Aprel 2018 13:34
3 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinə “Uralvaqonzavod”un istehsalı olan yeni “Terminator” tankları verilib.

Teleqraf.com xəbər verir ki, bu tank əlverişsiz şəraitdə düşmənin döyüş texnikasını məhv etmək qabiliyyətinə malikdir. Bu maşınlar az miqdarda ixraca hesablanıb. Böyük hissəsi Rusiya SQ üçün nəzərdə tutulub.

“Terminator” T-72 və T-90 tankları üzərində qurulub. Tank 125 millimetrlik lüləyə, 2 ədəd 30 millimetrlik avtomatik atəş açan silaha, pulemyota və “Ataka-T” raketinə malikdir.

Tankın hazırlanmasına 10 il (2001-2011) vaxt sərf edilib. 2014-cü ildə “Terminator” modernləşdirilib.

2011-2013-cü ildə Qazaxıstan 10 ədəd “terminator” tankı alıb.


Müəllif: Samir