18 Aprel 2018 16:10
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə nəzarət üzrə Xidməti "Teleqram"dan sonra Feysbuku da qapada bilər.

Teleqraf.com xəbər verir ki, bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib:

"Əgər Feysbuk sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".

Aleksandr Jarov bildirib ki, 2018-ci ilin sonuna kimi bununla bağlı yoxlama aparılacaq:

"Rusiya ərazisində vətəndaşların məlumat bazasının lokallaşdırlması, qadağan olunmuş informasiyaların silinməsi və s. məsələlər araşdırılacaq. Əgər bunlar yerinə yetirilməzsə və ya Rusiya dövləti bu hərəkətlərin yerinə yetirilməsi ilə bağlı məlumatlanırılmazsa, o zaman blok edilmə məsələsi gündəmə gələcək".

Aleksandr Jarovonu da qeyd edib ki, Feysbuk nümayəndələri ilə yarım ildə bir dəfə görüşür. O, eyni zamanda sözügedən məsələni perspektivdə olan təxmin kimi qəbul etməməyə çağırıb:

"Blokedilmə" ifadəsi isə Feysbukun Rusiya qanunverciliyinə riayət etməsinə bir məcburiyyət yaradılacağı anlamına gəlir".


Müəllif: Teleqraf.com