19 Aprel 2018 01:44
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benqazidə Liviya milli ordusunun rəhbəri Xəlifə Xəftarın qərargah rəisi Abdelrazak əl-Nadxariyə sui-qəsd cəhdi olub.

Teleqraf.com xəbər verir ki, qərargah rəisinin avtomobilinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb, qərargah rəisi xəsarət almayıb.

Abdelrazak əl-Nadxari baş verən hücumda Benqazidə fəaliyyət göstərən terror qruplaşmalarını günahlandırıb. (trend.az)


Müəllif: Teleqraf.com