11 Avqust 2014 13:04

Suriyanın Rakka şəhərində bir İŞİD döyüşçüsünün twitter hesabında yaydığı foto dünya mediasını şoka salıb.

Əvvəllər Sidneydə yaşamış Halid Sarruf Suriyaya köçərək İŞİD-ə qoşulub. Terrorçulara qoşulduqdan sonra o, "qəhrəmanlıq"ını nümayiş etdirmək üçün çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Şəkildə Suriya ordusunun əsgəri olduğu təxmin edilən birinin kəsilmiş başıyla görünüb. Fotoya o, “nə başdır amma…”- deyə şərh də yazıb.

Bununla kifayətlənməyən terrorçu həmin başı 7 yaşlı oğluna verib, onların şəklini çəkib və sosial şəbəkədə paylaşıb. Altından da “bu da mənim oğlum” şərhini yazıb. Başı əlində zorla tutan uşağın şəkli dünya mediasında səs - küyə səbəb olub.

Ülkər


Müəllif:
Загрузка...