19 Aprel 2018 16:17
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Forbes jurnalı Rusiyanın 200 ən varlı sahibkarının adını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şimal qonşumuzun ən varlı şəxsi Novolipesk metallurgiya kombinatının sahibi Vladimir Lisindir.

Vladimir Lisinin bir ildə varidatı 16,1 milyard dollardan 19,1 milyarda çatıb. O, ötən il reytinq cədvəlində 3-cü olub.

İkinci yerdə qərarlaşan biznesmen Aleksey Mordaşovun 18,7 milyardı, üçüncü yerdə olan Leonid Mixelsonun isə 18 milyardı var.

Azərbaycanlı milyarder, Lukoyl şirkətinin direktoru Vahid Ələkbərov da ilk onluqdadır. Onun 16 milyard dollara sahib olduğu bildirilir.


Müəllif: Teleqraf.com