19 Aprel 2018 21:13
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba parlamentində keçirilən səsvermə nəticəsində Migel Dias-Kanel ölkənin yeni rəhbəri seçilib.

Teleqraf.com xəbər verir ki, deputatlar onu Dövlət Şurasının sədri vəzifəsinə təsdiq ediblər.

Qeyd edək ki, M.Dias-Kanelin namizədliyi rəsmi şəkildə ötən gün təqdim olunmuşdu.

Bundan əvvəl Migel Dias-Kanel Dövlət Şurası sədrinin birinci müavini vəzifəsində işləyirdi.


Müəllif: Teleqraf.com