20 Aprel 2018 08:31
4 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis agenti Edvard Laurensə sui-qəsdi türk kəşfiyyatı təşkil edib. Əsas fəaliyyətini Türkiyəyə qarşı ərəb üsyanı təşkil etməyə yönəldən və bu məqsədlə özünü ərəblərə oxşatmaqdan belə çəkinməyən Edvard Laurens öz dövründə İngiltərədə qəhrəman hesab olunurdu.

Teleqraf.com xəbər verir ki, Osmanlı İmperiyasını çökdürmək məqsədilə İngiltərə agenti illərcə ərəblər içərisində təxribatlar yaradıb və Osmanlının nüfuzunu ləkələmək üçün əlindən gələni edib.

Məhz bu fəaliyyəti səbəbindən də türk kəşfiyyatının hədəfinə çevrilib. İki türk kəşfiyyatçısı türk dövlətini çökdürməkdə xüsusi əməyi olan Edvard Laurensdən intiqam almaq niyyəti ilə ona qarşı sui-qəsd təşkil edib. Bu məqsədlə kəşfiyyatçılar Laurensin Londonun Dovset adlanan ərazidəki evinin ətrafında günlərlə araşdırma apararaq sui-qəsdin təşkilini planlaşdırıb.

İngilis agent sürət xəstəsi idi və hər səhər “Brough Superior SS 100” markalı motosikleti ilə hərəkət etməyi sevirdi. Türk kəşfiyyatı onun motosikletlə keçəcəyi yolları detallarına qədər araşdırıb. Hətta agentin yolda dayanması, hava durumu belə türk kəşfiyyatı tərəfindən öyrənilin.

Nəhayət 1935-ci il, mayın 13-də sui-qəsdin həyata keçirilməsi qərarı verilib. Elə həmin gün heç kimin görmədiyi bir qara rəngli avtomobil Laurensi sürətlə getdiyi yolda vurub. Xəstəxanaya aparılan ingilis agenti mayın 19-da dünyasını dəyişib.

Qəribədir ki, İngiltərə kəşfiyyatı hadisədən sonra tarixçi Lodni Rinqin və 4 şahidin Laurensin sui-qəsd nəticəsində öldürüldüyü iddialarını təzyiqlərlə mətbuatın gündəmindən çıxarıb. Əvəzində mətbuata “Laurensi qarşısına çıxan uşaqları vurmamaq üçün özünü fəda etməsi” haqda xəbərlər yayıb.

Beləcə, İngilis kəşfiyyatı türklərin intiqamını dünyadan gizlətməyə qərar verib, amma Laurensin iki türk kəşfiyyatçısı tərəfindən öldürüldüyünü özləri incəliyinə qədər bilib.

Xatırladaq ki, Tomas Edvard Laurens İngiltərədə zəngin ailədə doğulub. Oksford Universitetində arxeologiya elmi üzrə təhsil alıb. Səudiyyə Ərəbistanı, Suriya, Misir və Fələstində fəaliyyət göstərib. Ərəblər qədər ərəb dili və adət-ənənələrinə dərindən bələd olub. Hətta müsəlmanlardan da çox müsəlmançılığın və islamın şərtlərini bilirmiş.


Müəllif: Cavad