20 Aprel 2018 00:42
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor və rejissor Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə öz "feysbuk" səhifəsində yazıb. Bu məlumatlar doğru deyil: "Məni Ermənistana dəfələrlə dəvət ediblər, lakin heç zaman razı olmamışam. Hətta heç vaxt Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm. Çünki mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".

Xatırladaq ki, Ermənistan mətbuatı Stiven Siqalın aprelin 22-də Ermənistana və Dağlıq Qarabağa səfər edəcəyini yazıb.


Müəllif: Teleqraf.com