20 Aprel 2018 17:13
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması ilə bağlı ABŞ-ın mövqeyi Ankaraya qarşı şantajdır.

Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Cənab Mitçell bildirib ki, S-400-ləri alarsa, Ankara sanksiyaların altına düşə bilər. Bu, şantaj cəhdidir və Amerika şirkətləri üçün vicdansız rəqabəti təmin etmək məqsədi daşıyır”, - o deyib.

Lavrovun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu günlərdə bildirib ki, S-400-lərin alınması haqqında qərar Türkiyənin milli qərarıdır. Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, ABŞ NATO-nun üzvü kimi kollektiv fikrə qulaq asmalıdır.

Daha əvvəl ABŞ-ın dövlət katibi Uess Mitçell bildirib ki, Türkiyə CAATSA qanunu (Amerikanın rəqiblərinə qarşı sanksiyalar yoluyla təsirlər göstərilməsini nəzərdə tutan qanun –red.) çərçivəsində sanksiyalara məruz qala bilər./Publika.az/


Müəllif: Teleqraf.com