20 Aprel 2018 23:28
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutubda 650 minə yaxın izləyicisi olan Kayla Jenkins qaldığı evin kirayə haqqını ödəyə bilmədiyi üçün mənzil sahibinin şikayəti əsasında məhkəmə qərarı ilə küçəyə atılıb.

Teleqraf.com xəbər verir ki, K.Jenkisin ev sahibinə ümumulikdə 25 min manata yaxın borcu yaranmışdı.

Evin sahibləri Paul ve Paula Hopvud çütlüyü Jenkinsin tərk etdiyi mənzilə baxmaq qərarına gəliblər və gördükləri onları şoka salıb.

"Daily Mail" nəşrində gedən məlumata görə, yutubda bir-birindən maraqlı makiyajları ilə gündəmdə olan fenomen qadın İngiltərənin Mançester şəhəri yaxınlığındakı Prestviç qəsəbəsində kirayədə qaldığı evi çox pinti saxlayıb.

Ev sahibləri K.Jenkisin "əl işləri"nin fotosunu çəkərək sosial şəbəkədə paylaşıblar.


Müəllif: Teleqraf.com