20 Aprel 2018 18:38
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında məktəblərin birində atışma baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində bir nəfərin yaralandığı bildirilir.

Əraziyə polis qüvvələri cəlb olunub, məktəb mühasirəyə alınıb. Polis sakinləri məktəb yaxınlığından keçməməyə çağırıb. Polislər valideynlərə məktəbə gəlməmək, uşaqları yaxınlıqdakı kilsədən götürmək barədə xəbərdarlıq edib.

Atışmanın təfərrüatları barədə başqa məlumat verilməyib.


Müəllif: Teleqraf.com