22 Aprel 2018 09:54
2 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün zamanların ən tanınmış sehrbazlarından olan Devid Kopperfild səhnə nömrələrindən birinin sirrini açmağa məcbur olub.

Teleqraf.com xəbər verir ki, o bunu özünə qarşı irəli sürülən bir təzminat davasından sonra məhkəməyə açıqlayıb.

İddia 58 yaşlı ingiliz Gevin Kox tərəfindən Las-Veqasdaki tamaşada “Lucky #13” (Şanslı nömrə 13) adlı səhnə göstərildiyi zaman çiyni çıxandan sonra xroniki ağrılar keçirməsi və beyninin zədələnməsinə görə qaldırılaraq təzminat tələb edilib.

61 yaşlı Kopperfild isə səhnəyə çağırılan bir qrup tamaşaçının yoxa çıxıb, az sonra zalın arxasında ortaya çıxdığı bu nömrəni minlərcə kərə göstərdiyini və bu günə qədər heç bir hadisə yaşanmadığını deyib. Kopperfildin vəkilləri dünyanın ən varlı sehrbazının nömrəsinin açıqlamasının maddi zərərə yol açacağını irəli sürsə də, Las-Veqas məhkəməsi bu etirazı qəbul etməyib.

Bundan sonra Kopperfildin prodüsseri səhnəyə çağırılan Kris Kenner tamaşaçıların yerləşdiyi qəfəsin üstünə örtük atıldıqdan sonar qəfəsin arxasının açıldığını və buradakı adamların gizli bir yoldan zalın lap arxasına aparıldığını məhkəməyə deyib.

2013-cü ildə ABŞ-ın Las-Veqas şəhərində tamaşa zamanı xəsarət alan Kox bu gizli və qaranlıq yolun təmizlənmədiyini, yolda nəyəsə ilişib yıxıldığını, bu günə qədər müalicəsi üçün 400 min dollardan artıq pul xərcləməyə məcbur olduğunu bildirib.

Məhkəmənin gələn həftə davam etməsi və Devid Kopperfildin yenə məhkəməyə gəlməsi gözlənilir.


Müəllif: Alpər