27 Aprel 2014 00:22
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-da Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Con Kerri telefonla Suriyada kimyəvi silah və onun komponentlərinin məhv edilməsi ilə bağlı əməliyyatın gedişini müzakirə ediblər.

Teleqraf.com-un "İTAR-TASS"a istinadən xəbərinə görə, telefon danışığı ABŞ tərəfinin istəyi ilə baş tutub.

"İki dövlətin xarici işlər idarəsinin rəhbərləri bu günə qədər Suriyadakı kimyəvi silahların 92 faizinin çıxarıldığını təsdiq ediblər"", - Rusiya XİN-in açıqlamasında bildirilir.

Bundan bir neçə gün öncə isə Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının direktoru Əhməd Üzümçü Suriyadan zəhərli maddələrin 17-ci partiyasının çıxarıldığını açıqlamışdı.

Nihad


Müəllif: