20 Aprel 2018 22:46
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın fövqəladə vəziyyət və növbədənkənar seçkilər barədə bəyanatına reaksiya verib.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə XİN-in bəyanatında hələ baş tutmayan seçkilər barədə əvvəlcədən açıqlama verilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Türkiyədə növbədənkənar seçkilərin keçirilməsinə görə narahatlıq ifadə edib. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert “Türkiyədə fövqəladə vəziyyət rejimində azad, şəffaf və ədalətli seçkilər keçiriləcəyindən narahatıq “açıqlamasını verib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ölkədə növbədənkənar seçkilərin keçirilməsinə dair təkliflə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri

Dövlət Baxçalı çıxış edib. Prezident Ərdoğan da təklifi dəstəkləyib.


Müəllif: Kəmalə