21 Aprel 2018 00:44
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hücum nəticəsində ölkəmizin ən öndə gedən baş məşqçisinin başına 5 tikiş düşüb. Bunu etməyə kimin haqqı var? Heç kəsin! Bunu kim edib bilmirəm, Allah bilir həmin şəxs sərxoş olub. İnanın belə olacaq.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü zamanı fanatların baş məşqçi Şenol Günəşə xəsarət yetirməsinə münasibət bildirərkən deyib.

Ölkə başçısı qeyd edib ki, sağlam təfəkkürlü insan bu cür addım atmaz.

Xatırladaq ki, Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb. Buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub. İlk dəqiqələrdən aqressiv davranışları ilə diqqət çəkən fanatlar meydana kənar əşyalar atıblar. 57-ci dəqiqədə isə hədəfdə “Beşiktaş”ın ehtiyat oyunçular skamyası olub. Nəticədə başından xəsarət alan “ağ-qaralar”ın baş məşqçisi Şenol Günəş meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub.


Müəllif: Kəmalə