21 Aprel 2018 15:38
3 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın şəriətlə idarə edilən Açe əyalətində zina və fahişəlikdə günahlandırılan 5-i qadın olan 8 nəfərə qırmanc cəzası verilib.

Teleqraf.com xəbər verir ki, cəza dünən şəhərin mərkəzi meydanında icra edilib. İşgəncəni seyr etmək istəyənlər kütləvi basabas yaratdığına görə əsgərlər yardıma çağırılıb.

Qırmanc cəzası alan qadınlardan biri beşininci zərbədən sonra huşunu itirib. Ağrılara dözə bilməyən qadına su verilərək özünə gətirilib, sonra yenidən qırmanclanıb.

İşgəncəyə tamaşa etmək üçün ən qabaqda dayanmış qadınlar isə böyük həvəs və həyəcanla şəkil çəkmək yarışına giriblər.


Müəllif: Teleqraf.com