21 Aprel 2018 11:31
5 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə iki türkiyəli gəncin Ermənistanın paytaxtı İrəvanda ucaldılmış qondarma soyqırımı abidəsinin önündə Mustafa Yıldızdoğanın məşhur “Ölürüm, Türkiyəm” mahnısını oxumalarına dair video yayılıb.

Teleqraf.com xəbər verir ki, Mustafa adlı gənc mahnını ifa edir, onun dostu isə bunu lentə alır.

Çəkiliş bitdikdən sonra gənclər abidənin qondarma soyqırımının şərəfinə ucaldıldığını, yanan məşəli nəzərdə tutaraq türk torpaqlarında gözü olanlarının analarının ürəyinin sonsuzluğa qədər bu alov kimi yanacağını bildiriblər.

Videonu təqdim edirik.


Müəllif: Səxavət