22 Aprel 2018 00:43
3 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika mətbuatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Quru Qoşunların rəhbəri, general Alukas Nepilsin başçılıq etdiyi dəstənin çevrilişə cəhd etdiyini bidirib.

Teleqraf.com xəbər verir ki, “Wall Street” jurnalının Dubaydakı müxbiri Marqarita Stancati isə sosial mediada deyilənləri təkzib edib. O bildirib ki, Riyadda çevriliş olmayib, sadəcə, kiçik bir dron saraya yaxınlaşdığı üçün vurulub.

***

23.23

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində kral sarayında silah səsləri eşidilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik məqsədilə Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səudun hərbi hava bazasına gətirildiyi bildirilir.

Ərəb mənbələrinin məlumatına görə, ağır texnika ilə silahlanmış şəxslər saraya daxil olaraq atəş açmağa başlayıblar. Həmin şəxslərin hərbçi olub-olmadığı məlum deyil.


Müəllif: Nərgiz