22 Aprel 2018 00:09
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq prezident Serj Sərkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyalarına rəhbərlik edən müxalif deputat Nikol Paşinyan yeni ölkə başçısı Armen Sərkisyanla görüşdən sonra nümayişlərin bazar günü səhər davam edəcəyini açıqlayıb.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Nikol Paşinyan prezidentlə qısa söhbətində danışıqların mövzusunun yalnız baş nazirin istefası ilə bağlı ola biləcəyini söyləyib.

“Sabah saat 11:00-dan biz daha güclü aksiya keçirəcəyik ki, danışıqlarda mövqeyimiz möhkəm olsun”.

Xatırladaq ki, aprelin 13-dən İrəvanda Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası başlayıb.


Müəllif: Nərgiz