22 Aprel 2018 12:19
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Corc Buş (Ata Buş) həyat yoldaşının dəfn mərasiminə qeyri-adi corablar geyinib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, üzərində müxtəlif kitabların rəsmi olan corablar fotoqrafların diqqətindən yayınmayıb.

Məlumata görə, Buş bu corabları elmlə məşğul olan həyat yoldaşı Barbaranın xatirəsinə sayğı əlaməti olaraq geyinib.

Bunu Buşun ailəsinin üzvlərindən biri də təsdiq edib.

Qeyd edilib ki, aprelin 18-də vəfat edən və aprelin 21-də dəfn mərasimi keçirilən Barbara Buş son 30 ildə elmə 110 milyon dollar xərcləyib.


Müəllif: Sara