22 Aprel 2018 17:20
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa şəhərində maraqlı hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, olay Türqutlu bələdiyyəsi nikah salonunda Xədicə Koşman və Turqut Dinçət Günərin nikah mərasimi zamanı meydana gəlib.

Nikah məmuru Əli Axçanın “Xədicə Koşmanı həyat yoldaşı olaraq qəbul edirsinizmi” sualına bəy: “Xeyr demək mümkündümü?” cavabını verib. Bundan sonra məmur nikah mərasimini təxirə salıb.

Bəy məmura zarafat etdiyini desə də, bu Əli Axçanı fikrindən döndərməyib. Bundan sonra baş verən gərginlik ilə əlaqədar hadisə yerinə polis çağırılıb və mərasim yarımçıq dayandırılıb.


Müəllif: Sara