24 Aprel 2018 00:55
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:26

Kanadanın Toronto şəhərində mikroavtobus kütləyə çırpılıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 10-dək insan xəsarət alıb.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir. (APA)

***

Kanada polisi Toronto şəhərində furqonun piyadaların üzərinə sürülməsi hadisəsini terror aktı kimi nəzərdən keçirir.

Xəbərə görə, sürücü hüquq-mühafizə orqanlarına tanış şəxs olub.

Lakin bu məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

İcarəyə götürülmüş furqon Torontoda bir qrup piyadanın üzərinə sürülüb. Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 5-9 nəfər həyatını itirib. (Report)


Müəllif: Teleqraf.com