23 Aprel 2018 23:59
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton Müqəddəs Mariya xəstəxanasını tərk edib.

Teleqraf.com xəbər verir ki, cütlük yeni doğulmuş körpəni media nümayəndələrinə göstərib.

Şahzadə ailəsinin yeni doğulmuş oğulu 3,8 kq çəkidədir və ona hələ adın qoyulmadığı bildirilir.

Bu Uilyam və Keytin birgə nikahdan olan sayca üçüncü övladıdır.

Yeni doğulmuş şahzadə Britaniya taxtına namizəd olan sıraca beşinci vəliəhddir.


Müəllif: Teleqraf.com