24 Aprel 2018 02:16
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyanın Afrin rayonunda uşaq xəstəxanası açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Qeyd olunur ki, xəstəxana Afrinin Candaris bölgəsində işə başlayıb. Bundan başqa, terrorçulardan azad edilmiş digər bölgələrdə də səyyar uşaq xəstəxanaları fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına başlamışdı. Əməliyyat nəticəsində Afrin mart ayının ortalarında azad edilmişdi. (musavat.com)


Müəllif: Teleqraf.com