24 Aprel 2018 14:11
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müxalifəti aprelin 25-də yerli vaxtla saat 19:00-da İrəvanın Respublika meydanında növbəti mitinq keçirəcək.

Bu haqda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan bildirib.

“Biz bu gün bütün imkanlardan istifadə edəcəyik. Müəyyən siyasi konsultasiyalar təşkil edirik”, - o deyib.

Onun sözlərinə görə, sabah hakimiyyətin ötürülməsi üçün danışıqların ikinci raundu (Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icraçısı Karen Karapetyanla görüş nəzərdə tutulur –red.) olacaq./Publika.az/


Müəllif: Teleqraf.com