24 Aprel 2018 17:12
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin NCN telekanalının canlı efirində anasının ölümü ilə bağlı Serj Sərkisyana başsağlığı verib.

“Mən Ermənistanın keçmiş baş naziri Serj Sərkisyana anasının ölümü ilə bağlı dərin hüznlə başsağlığı vermək istərdim. Mənə məlum olduğu qədəri ilə bu da onun istefa qərarının səbəblərindən biridir”, - Zatulin bildirib.

Qeyd edək ki, Sərkisyanın anası Nora Sərkisyan illik profilaktik müalicə kursu üçün “Nairi” tibb mərkəzində olub. O, xalqın narazılığını nəzərə alaraq, oğlunun baş nazir vəzifəsinə namizədliyini irəli sürmək ideyasını dəstəkləməyib.

Ötən gün axşam saatlarında Nora Sərkisyanın vəziyyətinin pisləşdiyi xəbəri yayılmışdı, Serj Sərkisyanın vəzifəsini tərk etdiyi gün isə dünyasını dəyişib./Axar.az/


Müəllif: Teleqraf.com