27 Aprel 2014 01:11
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Barak Obama ilə bir sıra iqtisadi və hərbi-siyasi məsələləri müzakirə etmək üçün gələn həftə Vaşinqtona səfər edəcək .

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Ağ Evdən bildirilib .

Hazırda Asiya-Sakit okeanı regionuna səfər edən Obama mayın 2-də ABŞ paytaxtında Merkeli qəbul edəcək.

"Prezident və baş nazir Merkel görüş zamanı iqtisadi inkişafın artması, NATO çərçivəsində əməkdaşlığın gedişi, dünyada və Şərqi Avropada demokratiya və təhlükəsizliyə dəstək, eləcə də təhlkəsizlik və iqtisadiyyat sahələrində ümumi problemlərin həlli üçün birgə səy göstərilməsi məsələlərini müzakirə edəcəklər.

Görünür, əsas müzakirə mövzularından biri də Ukraynadakı böhran və Qərbin Rusiyaya münasibətdə növbəti addımlarının müəyyən edilməsi olacaq.

Nihad


Müəllif: